Hüquq müdafiəçisi David Seliverstov Global Həmrəylik Şurasının Azərbaycan Respublikası üzrə sədr və eyni zamanda Qafqaz regionu üzrə regional komissarı vəzifəsinə təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Global Həmrəylik Şurası qərar verib.
Qeyd edək ki, bu təyinat beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiqliyin, institusional etimadın və hüquqi məsuliyyətin bariz ifadəsidir. David Seliverstovun bu vəzifəyə gətirilməsi regionda hüququn aliliyinin möhkəmləndirilməsi, beynəlxalq dialoqun inkişafı və humanitar təşəbbüslərin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Yeni vəzifəsində David Seliverstov fəaliyyətini birlik, qarşılıqlı hörmət, hüquqi hesabatlılıq, ədalət və davamlı inkişaf prinsipləri əsasında quracaq. Onun əsas missiyası Azərbaycan, Qafqaz regionu və beynəlxalq tərəfdaşlar arasında konstruktiv əməkdaşlığın gücləndirilməsi olacaq.
David Seliverstovun hüquq müdafiəsi sahəsində zəngin təcrübəsi və beynəlxalq səviyyədə dialoq qurmaq bacarığını nəzərə alsaq, bu təyinat strateji baxımdan əsaslandırılmış və perspektivli bir addım kimi dəyərləndirilə bilər.

Bizim.Media


































































































