Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Hazırda oxunan: Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

610434

Məlikov Putinin əmrinə qədər Dağıstan rəhbəri vəzifəsini icra etməyə davam edəcək
Rusiya prezidenti onun istefası barədə əmr verənə qədər Sergey Məlikov Dağıstan rəhbəri vəzifəsini icra etməkdə davam edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə respublika rəhbəri administrasiyasının “Telegram” kanalı məlumat yayıb.

"Sergey Məlikov Rusiya prezidentinin müvafiq qərarı çıxana qədər Dağıstan rəhbəri vəzifəsini icra etməyə davam edir", — administrasiyadan bildirilib.
 

Aprelin 30-da Dağıstan Xalq Məclisinin nümayəndələri ilə görüşdə Rusiya Prezidenti Vladimir Putin Məlikovun öz postunda işini başa vurduğunu və başqa işə keçdiyini bildirib.


Xalq Məclisinin sədri Dağıstanın rəhbəri vəzifəsinə regionun Ali Məhkəməsinin sədri Fyodor Şukinin namizədliyini təklif edib. Putin onun namizədliyini dəstəkləyib.

Məlikov 2020-ci ilin oktyabrından Dağıstana rəhbərlik edir. Bundan əvvəl o, bir il ərzində regiondan senator olub. Federasiya Şurasına işə keçməzdən əvvəl Məlikov Rusiya Milli Qvardiyasının birinci müavini vəzifəsini tutub (2016-cı ilin yayından).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin