İrandakı əməliyyat ABŞ-a həddindən artıq böyük ziyan vurub və Vaşinqtonun daha böyük münaqişəyə hazır olmadığını göstərib.
Bizim.Media xəbər verir ki, bu barədə "Responsible Statecraft" nəşri yazır.
“ABŞ-ın Yaxın Şərqdəki bazalarına dəymiş ziyan kolossal idi. İnfrastruktur, hava hücumundan müdafiə sistemləri, yerüstü radarlar məhv edilib. Yanacaqdolduran təyyarələr və AWACS uzaq mənzilli radiolokasiya aşkaretmə təyyarələri də daxil olmaqla, bahalı aviasiya zədələnib və sıradan çıxarılıb”, — deyə nəşrin məqaləsində iddia edilir.
Nəşrin məlumatına görə, Amerikanın hərbi bazaları o qədər müdafiəsiz qalıb ki, ABŞ hərbçiləri artıq orada qala bilməyiblər və otellərdən məsafəli şəkildə işləmək məcburiyyətində qalıblar. Müəlliflərin fikrincə, bu, ABŞ-ın milli maraqlarını qorumaq qabiliyyətini şübhə altına alıb.
Bizim.Media



































































































