Bu gün "Palms Sport Arena"da "Neftçi"nin qonağı olacaq "Qarabağ"ın neçə futbolçusunun Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış matça oynamayacağı dəqiqləşib.
Bizim.Media xəbər verir ki, 6 futbolçu "ağ-qaralar"a qarşı mübarizəni kənardan izləyəcək.
Mərkəz müdafiəçisi Bəhlul Mustafazadə zədəlidirsə, qapıçı Şahruddin Məhəmmədəliyev kollektiv məşqlərə qatılmasına rəğmən, hələ bərpa prosesini tamamlamayıb.
Braziliyalı cinah müdafiəçisi Dani Bolt atası dünyasını dəyişdiyi üçün rəhbərlikdən icazə alaraq vətəninə yollanıb.
Üç arxa xətt oyunçusu Sami Mmaye, Elvin Cəfərquliyev və Abbas Hüseynov isə daxili intizam qaydalarını pozduqları üçün əvəzedici komandaya göndəriliblər.
"Neftçi" - "Qarabağ" qarşılaşması 20:00-da başlayacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:54 / 30.04.2026
“Qarabağ”ın bu futbolçuları “Neftçi”yə qarşı OYNAMAYACAQ – ADLAR
Hazırda oxunan: “Qarabağ”ın bu futbolçuları “Neftçi”yə qarşı OYNAMAYACAQ – ADLAR
Hazırda oxunan: “Qarabağ”ın bu futbolçuları “Neftçi”yə qarşı OYNAMAYACAQ – ADLAR
610400
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































