Ölkədə vaxtı keçmiş kreditlərin həcmi açıqlanıb

Hazırda oxunan: Ölkədə vaxtı keçmiş kreditlərin həcmi açıqlanıb

610425

Bu ilin aprelin 1-nə Azərbaycanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 32,313 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 619,6 milyon manat təşkil edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cəmi kredit qoyuluşlarının 27,9 milyard manatını milli valyutada kreditlər təşkil edib.
 

Milli valyutadakı kreditlərin 524,2 milyon manatının ödəmə vaxtı keçib. Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,373 milyard manatı xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 95,4 milyon manatının ödəmə vaxtı keçib.


Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin aprelin 1-nə milli valyutada qoyulmuş kreditlər 2,6 milyard manat və ya 10,5% artıb, xarici valyutada qoyulmuş kreditlər isə 19 milyon manat və ya 0,4% azalıb.

Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,417 milyard manatını qısamüddətli, 23,323 milyard manatını uzunmüddətli kreditlər, xarici valyutadakı kreditlərin isə 1,386 milyard manatını qısamüddətli, 2,987 milyard manatını isə uzunmüddətli kreditlər təşkil edib. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin