Kral Çarlzın fransız dili ilə bağlı zarafatına Makrondan REAKSİYA – FOTO

Hazırda oxunan: Kral Çarlzın fransız dili ilə bağlı zarafatına Makrondan REAKSİYA – FOTO

610405

Fransa Prezidenti Emmanuel Makron Britaniya kralı III Çarlzın ABŞ-da fransız dili ilə bağlı zarafatına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Makron bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

Çarlzın sözügedən çıxışının videosunu paylaşan Makron “Bu fantastik olardı!” şərhini yazıb.

Xatırladaq ki, Ağ Evdə keçirilən təntənəli şam yeməyi zamanı III Çarlz Prezident Trampa müraciət edərək Britaniyanın tarixi rolundan bəhs etmişdi:

"Cəsarətlə deyə bilərəm ki, əgər biz olmasaydıq, siz fransızca danışardınız", - deyə kral bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin