Kurortlarla bağlı yeni QANUN - Təbii sərvətlərimiz turizm cənnətinə ÇEVRİLİR?

Hazırda oxunan: Kurortlarla bağlı yeni QANUN - Təbii sərvətlərimiz turizm cənnətinə ÇEVRİLİR?

638124

Azərbaycanda sahilyanı sağlamlıq və müalicə yerlərinə dair model qanun layihəsi hazırlanıb. Milli Məclisin Səhiyyə komitəsinin iclasında verilən məlumata görə, sənədin oktyabr ayında keçiriləcək plenar sessiyada qəbul edilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, Azərbaycan təbii müalicə resurslarının bolluğu, müxtəlifliyi və unikallığı baxımından fərqlənir. Azərbaycan öz zəngin təbii sərvətlərinə və müalicəvi-sağlamlaşdırma məkanlarına görə bu sahənin ümumi tənzimlənməsini mütləq qaydada həyata keçirməlidir.

Azərbaycanda son illər turizm inkişaf etməkdədir. Lakin turizmin bir qolu olan sağlamlıq, tibbi turizm istənilən səviyyədə inkişaf etməyib. Halbuki ölkənin potensialı mövcuddur.

Dənizkənarı müalicə yerlərinin ayrıca qanunla tənzimlənməsi Azərbaycanda kurort və sağlamlıq turizminin inkişafına konkret nə verə bilər?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiyasının sədr müşaviri Müzəffər Ağakərimov deyib ki, ilk növbədə Dənizkənarı sağlamlığq turizmi inkişaf etdirmək üçün beynəlxalq standartlara uyğun infrastruktur yaradılmalıdır:

 

“Eyni zamanda, kadr potensialı hazırlanmalıdır. Biz bu günə kimi hələ də beynəlxalq standarta uyğun çimərlik turizmini yarada bilməmişik. Bir dənə də mavi bayraq altında fəaliyyət göstərən çimərlik yoxdur. Qardaş Türkiyədə  mavi bayraq altında fəaliyyət göstərən çimərliklər var. Onlardan nümunə götürməliyik. Təbii ki, sağlamlıq turizmini inkişaf etdirmək və və beynəlxalq səviyyəyə çatdırmaq üçün yalnız bu sahədə  peşəkar olan insanları cəlb etmək lazımdır”.

 

O, Azərbaycanda bütün turizm növlərinin, o cümlədən, sağlamlıq turizminin inkişafı üçün potensialın olduğunu qeyd edərək, bu potensialı düzgün istiqamətləndirmək lazım olduğunu vurğulayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin