Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə qeyri neft-qaz sektorunun əsas prioritet sahələri üzrə vacib hədəflər qeyd olundu. Azad edilmiş ərazilərdə qızıl, mis, molibden yataqlarının istismara hazırlanması ilə bağlı konkret mexanizmlərin tətbiq olunması mədənçıxarma sənayesinin ishtehsal həcmini daha da artıracaq.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Dövlət Proqramının qəbul olunması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına xüsusi töhvə verəcək:
“Proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Bu isə məşğulluğa xüsusi töhvə deməkdir. Yeni iş yerlərinin əksəriyyəti bölgələrimizin payına düşəcək.
Mədənçıxarma sənayesində istehsal həcmi ilə bağlı göstəricilərə gəldikdə isə, 2025-ci ildə sözügedən sektorda 37 milyard manatlıq məhsul ishtehsal olunub. Azalma tendensiyası isə xam neft və qaz üzrə qeydə alınıb. Belə ki, bu sektor üzrə ishtehsal 2025-ci ildə əvvəlki ilə nisbətən 38.2 milyard manatdan 33.3 milyard manatadək azalıb.
Metal filizlərinin hasilatı isə ötən il 2 dəfə artıb. 2024-cü ildə 383 milyon manatlıq metal filizləri hasil edilmişdirsə, bu göstərici 2025-ci ildə 730 milyon manatadək yüksəlib. Mədənçıxarma sənayesi sahəsinə göstərilən xidmətlərin həcmi 2025-ci ildə artaraq 2.7 milyard manata çatıb. 2024-cü ildə bu göstərici 2.5 milyard manat idi”.
O, qeyd edib ki, Dövlət Proqramının icrasının bu sahə üzrə göstəriciləri əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir:
“Belə ki, yeni Proqam nəticəsində illik 1 milyard manatdan çox əlavə dəyərin yaradılması proqnozlaşdırılır”.

Bizim.Media




























































































