Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və Ermənistana qarşı

Hazırda oxunan: Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və Ermənistana qarşı

638230

Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər.

Bizim.Media xəbər verir ki, kişilərdən ibarət komanda VII turda Yunanıstanla üz-üzə gələcək, qadınlar isə Ermənistanla qarşılaşacaqlar. Kişi komandası 6 turdan sonra 10 xalla 12-ci, qadın kollektivi isə 10 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin