On minlərlə yəhudi Ukraynanın Uman şəhərinə axın etdi – FOTO/VİDEO

Hazırda oxunan: On minlərlə yəhudi Ukraynanın Uman şəhərinə axın etdi – FOTO/VİDEO

636072

Hər il olduğu kimi bu ildə Hasid yəhudiləri müqəddəs Roş ha-Şana bayramını qeyd etmək üçün Ukraynanın Uman şəhərinə axın ediblər.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, builki bayramı qeyd etmək üçün gələn zəvvarların sayı 45000 nəfərdən çox olub.

Onlar Uman küçələrində yürüş edərək dualar oxuyublar.
 

Ukraynanın Birləşmiş Yəhudi İcmasının məlumatına görə, bayramla bağlı Umana gələn yəhudilərin sayının 50 mini keçəcəyi proqnozlaşdırılır. Bu son illərin ən yüksək göstəricisi hesab olunur.


Qeyd edək ki, indiki Ukrayna ərazisində tarix boyu xeyli sayda yəhudi yaşayıb. Hələ 8-ci əsrdə bu ərazilərdə yaşayan yəhudilər Kiyev şəhərini “yəhudi qapısı adlandırıblar.

Xatırladaq ki, ötən il Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Medvedev Ukraynanın 5 hissəyə parçalanacağını, Odessa, Dnepropetrovsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərini əhatə edən “Yəhudi dövləti”nin yaradılacağını qeyd etmişdi.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin