Rusiyada 5G rəsmi olaraq istifadəyə verildi – VİDEO

Hazırda oxunan: Rusiyada 5G rəsmi olaraq istifadəyə verildi – VİDEO

636070

Rusiyada 5G rəsmi olaraq istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, 5G xidməti bütün T2 tarif planlarında mövcuddur və artıq əhalisi bir milyondan çox olan yeddi şəhərdə – Moskva, Sankt-Peterburq, Volqoqrad, Çelyabinsk, Yekaterinburq, Perm və Krasnoyarskda fəaliyyət göstərir. Texnologiyanın əhatə dairəsi genişləndiriləcək.


2026-cı ilin sonuna qədər əlavə 50 şəhərdə 5G-nin istifadəyə verilməsi planlaşdırılır.
 
Qeyd olunub ki, bütün Android cihaz istifadəçiləri tezliklə 5G-yə çıxış əldə edəcəklər, iPhone ilə bağlı qərar Apple-dan asılıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin