Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində, Dəyirman dairəsi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Kia” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi zərər dəyib.
Şahidlər bildiriblər ki, qəza zamanı avtomobillərin sürücüləri yüngül xəsarət alıblar. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
































































































