Dünyanın ən məşhur atı lüks həyat yaşayır -FOTO

Hazırda oxunan: Dünyanın ən məşhur atı lüks həyat yaşayır -FOTO

636062

Dünyada boyu ilə seçilən atlardan biri yeni rekorda imza atıb. İngiltərədə yaşayan Hüqo adlı at 199 santimetr boya çataraq dünyanın yaşayan ən uzun atı kimi Ginnes Rekordlar Kitabına düşüb.
 
Bizim.Media xəbər verir ki, BBC-nin məlumatına görə, Hüqo İngiltərənin Northemptonşir bölgəsində yaşayır.
 
4 yaşlı atın boyu baytar tərəfindən ölçülüb və 199 santimetr olduğu təsdiqlənib. Bundan sonra onun göstəriciləri Rekordlar Kitabında qeydə alınıb.
 
Atın sahibi Brett Masters bildirib ki, Hüqo hələ böyüməyə davam edir. Onun sözlərinə görə, atın daha üç il ərzində böyüməsi gözlənilir.
 

Hüqoya xüsusi qulluq göstərilir. Sahibinin sözlərinə görə, at mütəmadi olaraq masaj etdirir, hər 6 aydan bir diş həkiminə aparılır və baytar tərəfindən nəzarətdə saxlanılır. Masters qeyd edib ki, atın böyümə plitələri həddindən artıq aktivdir. Buna görə onun sağlamlığı daim yoxlanılır. At həmçinin müxtəlif qida əlavələri qəbul edir və onun üçün xüsusi qidalanma proqramı hazırlanıb.


 Sahibi atın həyat şəraitini də xüsusi qiymətləndirib:
 
“Hüqo mütəmadi olaraq masaj etdirir, 6 ayda bir diş həkiminə gedir. Böyümə plitələri həddindən artıq aktiv olduğu üçün baytar onu daim nəzarətdə saxlayır. Çoxsaylı qida əlavələri qəbul edir və xüsusi hazırlanmış qidalanma proqramı tətbiq olunur. O, beşulduzlu həyat yaşayır və heç nədən məhrum deyil”.
 
Qeyd edək ki, indiyədək qeydə alınan ən uzun və ağır at 1850-ci ildə İngiltərədə yaşayan Sampson olub. Onun boyu 2 metr 19 santimetr təşkil edib. (yenisabah.az)
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin