Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

Hazırda oxunan: Zelenski Azərbaycana təşəkkür etdi - FOTO

633259

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə dəstəyə görə Azərbaycana və bir sıra digər ölkələrə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, Zelenski bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Zelenski hər bir dəstək jestinin vacibliyini qeyd edib və müstəqilliyinin bərpasının 35-ci ildönümü günündə Ukraynanı xatırlayan ölkələrə təşəkkürünü bildirib.

"Ukrayna və ukraynalıları düşündüyünüz üçün minnətdarıq", - o yazıb.

Qeyd edək ki, Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzi bu ölkənin bayrağının rəngləri ilə işıqlandırılıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin