Azərbaycanda 18 yaşadək uşaqlarda aşkarlanan yenitörəmələrin sayı bir il ərzində əhəmiyyətli dərəcədə artıb.
Bizim.Media Dövlət Statistika Komitəsinin (DSK) “Azərbaycanda Uşaqlar” məcmuəsinə əsasən xəbər verir ki, 2025-ci ildə 18 yaşadək 802 uşaqda yenitörəmə aşkarlanıb.
2024-cü ildə isə bu göstərici 539 olub. Beləliklə, bir il ərzində uşaqlarda ilk dəfə qeydə alınan yenitörəmələrin sayı 263 hal və ya 48,8 faiz artıb. Lakin artım bütün yenitörəmələr üzrə müşahidə olunmayıb
DSK-dən Səhiyyə Nazirliyinin məlumatına əsasən sorğumuza cavab olaraq bildirilib ki,18 yaşadək uşaqlarda bədxassəli yenitörəmə diaqnozu ilə ilk dəfə qeydə alınan xəstələrin sayı 2024-cü ildə 209 nəfər, 2025-ci ildə isə168 nəfər təşkil edib.
Bu, bədxassəli yenitörəmə diaqnozu ilə ilk dəfə qeydə alınan uşaqların sayının bir il ərzində 41 nəfər və ya 19,6 faiz azalması deməkdir.
Xədicə Paşayeva, Bizim.Media

































































































