Uzun illərdir, bəlkə də sivil tədris sistemi yaranandan bəri orta məktəblərdə tənəffüsü xəbər verən alışılmış klassik zil səsi mövcuddur. Bu gur, ənənəvi səs, bir növ, şagird üçün çağırış siqnalıdır – dərsin başladığını və ya bitdiyini bildirir. Amma məktəb zənglərini daha mənalı və maarifləndirici etmək də mümkündür. Bir neçə saniyəlik də olsa, milli və dünya klassiklərindən kiçik hissə dinləmək həm şagirdlərin bilgilənməsinə, həm də zövqlərinin inkişaf etməsinə xidmət edə bilər.
Belə “musiqili tənəffüslər” artıq Türkiyə və Rusiyada tətbiq edilir. Rusiyada hətta Təhsil Nazirliyinin qərarı ilə 2026-2027-ci tədris ilinin başlanğıcından etibarən bütün məktəblər üçün məcburidir. Haqlı olaraq özünün dünya şöhrətli klassik bəstəkarlarının yeni nəsil tərəfindən az tanınmasına belə sərt reaksiya göstərib.
Məktəblərdə klassik zəng ənənəsi dəyişə bilərmi?
Azərbaycanda isə “musiqili tənəffüslər” seçim əsasındadır. İllər öncə bir neçə məktəbdə zəng səslərinin məşhur musiqlərdən bir parçası ilə əvəzlənmişdi. Məktəblər repertuarı özləri seçir və tətbiq könüllü xarakter daşıyırdı. Pilot layihə kimi həyata keçirilən bu yenilik təəssüf ki, digər məktəblərə nümunə olmadı.
Yeni tədris ilində, yaxud önümüzdəki illərdə həm yenilik, həm klassik musiqilərimizin şagirdlərə tanıdılması baxımından belə dəyişikliklər mümkündürmü?
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Bizim.Media-ya bildirildi ki, zənglərin melodiya ilə əvəzlənməsi ümumrespublika səviyyəsində müəyyənləşdirilməyib. Hazırkı yanaşmaya görə bunu məktəblər öz təşəbbüsü ilə edə bilər.
“Bu tip məsələlər məktəbdaxili qərarlardır. Belə təşəbbüslər məktəbin daxili təşkilati məsələləri çərçivəsində, müvafiq qərar əsasında həyata keçirilə bilər. Agentlik tərəfindən bu tip təşəbbüslər müsbət qiymətləndirilir”, - deyə vurğulanır.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:00 / 26.08.2026
Məktəblərdə “musiqili tənəffüs” təklifi – Nə vaxt tətbiq oluna bilər?
Hazırda oxunan: Məktəblərdə “musiqili tənəffüs” təklifi – Nə vaxt tətbiq oluna bilər?
Hazırda oxunan: Məktəblərdə “musiqili tənəffüs” təklifi – Nə vaxt tətbiq oluna bilər?
633146
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































