DSX-nin gəmisi hərraca çıxarıldı – BU QİYMƏTƏ

Hazırda oxunan: DSX-nin gəmisi hərraca çıxarıldı – BU QİYMƏTƏ

633170

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən 1, 8 və 15 sentyabr tarixlərində keçiriləcək hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi, 1 gəmi və 82 avtomobil çıxarılıb.

Bizim.Media xəbər verir ki, sentyabrın 1-də keçiriləcək hərraca 28 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2005-2019-cu illəri əhatə edir.

Sentyabrın 8-də keçiriləcək hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi və 17 nəqliyyat vasitəsi çıxarılıb. İştirak edəcək şəxslər xidmət, yeyinti və metallurgiya sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər.
 

Bunlar “Salyan Kəndkimya”, “Xosrov Metal Plastmas”, “Lerik Kəndkimya”, “Yevlax Kəndnəqliyyat” və “Əli Bayramlı Konserv” açıq səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 68 min 807 manatla 837 min 777 manat arasında dəyişir.


Sentyabrın 15-də keçiriləcək hərraca 38 nəqliyyat vasitəsi çıxarılıb. Bunlardan biri Dövlət Sərhəd Xidmətinə məxsus "Point Brower D" markalı gəmidir. Gəminin start qiyməti 115000 manatdır.

Hərraca çıxarılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin