Biləsuvar rayonunun Nərimankənd kəndi ərazisində yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Masallı rayon sakininin idarə etdiyi yük avtomobili (TIR) idarəetmədən çıxaraq kanala aşıb.
Hadisəyə avtomobilin təkərlərindən birinin qəfil partlaması səbəb olub. Qəza zamanı başqa heç bir nəqliyyat vasitəsinə və ya ətrafdakılara xəsarət dəyməyib.
Sürücü qəzadan xəsarət almadan sağ-salamat xilas olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu


































































































