Ermənistanın Antikorrupsiya Məhkəməsində ölkənin keçmiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılır.
Bizim.Media “News.am”a istinadla xəbər verir ki, o tibb mərkəzindən məhkəməyə gətirilib.
Qeyd edək ki, Robert Koçaryan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, külli miqdarda çirkli pulların yuyulmasında və külli miqdarda rüşvət almaqda ittiham olunur.
Qeyd edək ki, avqustun 25-də hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Köçəryanın və onun oğlu Levon Köçəryanın evlərində axtarış aparıblar. R.Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Daha sonra R.Köçəryanın və onun böyük oğlu Sedrak Köçəryanın saxlanıldığı açıqlanıb. S.Köçəryan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Antikorrupsiya Komitəsində olarkən Robert Koçaryanın səhhəti pisləşib və o, tibb müəssisəsinə yerləşdirilib.
Bizim.Media



































































































