Şimali İtaliyada helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Quotidiano Piemontese" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, qəza Verbano-Kuzio-Ossola əyalətindəki süni Kampliççoli gölü yaxınlığında, təxminən 1,4 kilometr yüksəklikdə baş verib. Göyərtədə olan iki nəfər həyatını itirib.
"Adnkronos" agentliyinin xəbərinə görə, həlak olanlar 60 yaşlı kişi və 63 yaşlı qadındır.
Kampliççoli gölü Piemont bölgəsi ilə İsveçrə arasındakı sərhəddə, dağlıq ərazidə yerləşir.
Bizim.Media
































































































