"Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

Hazırda oxunan: "Evdə Tək 2" filminin ulduzu Tim Karri vəfat etdi

633226

"Evdə tək 2", "Rokki Horrorun film şousu" və "O" kimi film və seriallardakı rolları ilə tanınan britaniyalı aktyor Tim Karri 80 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Hollywood Reporter “portalı məlumat yayıb.
 

Parlaq komik xarici görünüşü sayəsində Hollivud ulduzuna çevrilən Karri, 2012-ci ildə ağır insult keçirib. O vaxtdan bəri aktyor əlil arabasına məhkum olsa da, tədbirlərə dəvət olunmuş ulduz qismində qatılaraq motivasiyaedici çıxışlar etməklə fəaliyyətini davam etdirirdi.


Onun karyerasında ən baş rütbəli rolu Stiven Kinqin 1990-cı ildə ekranlaşdırılmış eyniadlı romanı əsasında çəkilən "O" filmindəki çılğın qatil-kloun (Pennivayz) obrazı olub.

Aktyor həmçinin "Rokki Horrorun Dəhşət Şousu" (The Rocky Horror Picture Show), "Üç muşketyor" və "İpucu" (Clue) filmlərində də rol alıb.

Onun yadda qalan digər bir parlaq obrazı isə "Evdə tək 2" filminin baş qəhrəmanı Kevin Makkallisterin qaldığı oteldəki portye rolu idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin