Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakənin Katex kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Balakən rayon sakini Etibar Məmmədov idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yol kənarında quraşdırılmış radar dirəyinə çırpılıb.
Qəzadan sonra sürücü və onun avtomobildə olan həyat yoldaşı L. Məmmədova xəsarət alıb.
Yaralılar Təcili tibbi yardım briqadasının köməyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların müayinə və müalicələri davam etdirilir
Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
17:03 / 26.08.2026
Balakəndə AĞIR QƏZA – Ər-arvad xəsarət aldı – FOTO
Hazırda oxunan: Balakəndə AĞIR QƏZA – Ər-arvad xəsarət aldı – FOTO
Hazırda oxunan: Balakəndə AĞIR QƏZA – Ər-arvad xəsarət aldı – FOTO
633185
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































