Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

633187

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işinin məhkəmə baxış iclası keçirilib.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri bitdikdən sonra sənədlərin tədqiqinə başlanılıb.
 

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prosesin çıxışlar mərhələsində prokuror dövlət ittihamının müdafiəsi zamanı Emil Ağayevin 19 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.


Zərərçəkənin hüquqi varisi, yəni Emil Ağayevin bacısı isə məhkəmədən qardaşına ömürlük həbs cəzasının verilməsini istəyib.

Son söz zamanı isə Emil Ağayev hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğunu deyərək məhkəmədən buna görə ona yüngül cəza verilməsini xahiş edib.

Müşavirədən sonra hökm elan edilərək Emil Ağayev 18 il azadlıqdan məhrum edilib.
 

Qeyd edək ki, hadisə 2025-ci il yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.


Araşdırmalarla məlum olub ki, Emil Ağayev hadisəni qısqanclıq zəminində törədib.

Faktla bağlı Emil Ağayev barəsində Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 maddələri ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin