Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

Hazırda oxunan: Almaniyada malyariyaya yoluxan daha bir nəfər dünyasını dəyişdi

633240

Almaniyaya kənardan gətirilən malyariya xəstəliyi səbəbindən Frankfurt-Mayn hava limanının ikinci əməkdaşı vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə DPA agentliyi ölkənin Səhiyyə İdarəsinə istinadən məlumat yayıb.
 

Məlumata görə, həmin şəxs təyyarənin yük bölməsində Almaniyaya gəldiyi təxmin edilən ağcaqanadın dişləməsi nəticəsində virusa yoluxub. O, bu təhlükəli xəstəlikdən həyatını itirən ikinci hava limanı işçisidir.


Agentliyin məlumatında qeyd olunub ki, iyulun əvvəlində də hava limanının digər bir əməkdaşı malyariyadan dünyasını dəyişmişdi.

Şəhər Səhiyyə İdarəsinin verdiyi məlumata görə, ümumilikdə hava limanının altı əməkdaşı bu xəstəliyə yoluxub. Digər dörd nəfərin vəziyyəti yaxşıdır və müalicələri davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin