Daha iki həkimin qanunsuzluğunun üstü açıldı

Hazırda oxunan: Daha iki həkimin qanunsuzluğunun üstü açıldı

633183

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən “Xətai Estetik Klinikası”nda plandankənar yoxlama keçirilib.

Bizim.Media Xitab24.az-a istinadən xəbər verir ki, keçirilən yoxlama zamanı sertifikatsız şəxslərin plastik cərrahiyyə işi üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edilib.

 

Bəlli olub ki, cəmiyyətdə plastik-cərrah kimi tanınan Rəvan Cəfərli və Kamil Quluzadə  müəssisədə plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsinə malik olmadan əməliyyatlarda iştirak ediblər.


Bu, fakt klinikanın tibbi qeydiyyat sənədlərində də öz əksini tapıb.

Nəticədə klinika barədə  İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə protokol tərtib edilərək, baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Şirkətin direktoru adıçəkilən həkimlərin klinikada əməliyyat keçirməsindən xəbərsiz olduğunu bildirsə də, məhkəmə bu izahatı məsuliyyətdən boyun qaçırmaq kimi qiymətləndirib.

Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə klinikanın məxsus olduğu “Kaspi TM” MMC 6000 manat cərimələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin