Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

Hazırda oxunan: Bu rayonun 8 mindən çox abonenti işıqsız qalacaq

633239

Sabah Cəlilabad rayonunun 12 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bizim.Media xəbər verir ki, buna səbəb 35 kV-luq "Göytəpə" yarımstansiyasına gələn hava xəttində aparılacaq təmir işləridir.

Nəticədə sabah saat 11:00-dan 13:00-dək Cəlilabad rayonu üzrə 8270 abonentin (Göytəpə şəhəri, Kazımabad, Muğan, Maşlıq, Söyüdlü, Privolnoye, Ağdaş, Oğrubulaq, Fətullaqışlaq, Komanlı, Həziabad və Alaşar kəndləri) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin