Ər-arvad bir-birinin borcuna görə cavabdehdir?

Hazırda oxunan: Ər-arvad bir-birinin borcuna görə cavabdehdir?

633169

Ər-arvaddan birinin banka olan borcuna görə digər həyat yoldaşının gəlirinə və ya əmlakına tutma yönəldilə bilərmi? Son dövrlərdə bu məsələ xüsusilə bank borcları fonunda müzakirə olunur.

Bizim.Media xəbər verir ki, hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, belə hallarda nikah dövründə əldə olunan əmlakın hüquqi statusu mühüm rol oynayır.

Onun sözlərinə görə, məsələn, arvadın banka borcu olduğu, lakin özünün gəlirinin olmadığı halda, ərinin pensiyası müəyyən hallarda borcun ödənilməsi üçün nəzərə alına bilər:
 

"Ər-arvadın nikah dövründə əldə etdiyi gəlir və əmlak, bir qayda olaraq, onların birgə mülkiyyəti hesab olunur. Bu səbəbdən də borclunun həyat yoldaşının gəliri və ya əmlakı ilə bağlı məsələlər də ortaya çıxa bilər".


Ə.Həsənov qeyd edib ki, bu cür hallarda nikah müqaviləsi əhəmiyyətli hüquqi vasitədir. Tərəflər nikah müqaviləsi ilə gəlirlərinin və əmlaklarının ayrıca mülkiyyətə aid olmasını müəyyən edə bilərlər.

Hüquqşünasın sözlərinə görə, nikah müqaviləsi yalnız nikahdan əvvəl deyil, nikah dövründə də bağlana bilər. Hətta borcla bağlı icra prosesi başladıqdan sonra da belə müqavilənin bağlanması mümkündür:
 

"Əgər ər-arvad nikah müqaviləsi bağlayaraq hər birinin gəlirinin və əmlakının yalnız özünə məxsus olduğunu müəyyən edərsə, digər həyat yoldaşının borcuna görə bu əmlaka və gəlirə yönəlmənin qarşısını almaq mümkün ola bilər".


Beləliklə, Ə.Həsənov hesab edir ki, nikah müqaviləsi ər-arvadın əmlak münasibətlərinin tənzimlənməsində və gələcəkdə borc öhdəlikləri ilə bağlı yarana biləcək mübahisələrin qarşısının alınmasında mühüm rol oynaya bilər. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin