“İranın ali rəhbəri Müctəba Xameneyinin öldüyünü düşünmürəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp tanınmış amerikalı mühafizəkar şərhçi Glenn Beckin aparıcısı olduğu “The Glenn Beck” tok-şousuna müsahibəsində deyib.
“İranın ali rəhbəri Müctəba Xameneyinin öldüyünü düşünmürəm. O, çox ağır yaralanmışdı. Bədəninin sol tərəfi, qolu, ayağı – hər yeri ağır yaralanıb. Ancaq indi onun öldüyünü fikirləşmirəm”, – deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, Xameneyi həqiqətən ölübsə, onun ətrafındakı şəxslərin vəziyyəti gizlətmək üçün “olduqca yaxşı şou göstərdiklərini” düşünür.
Trampın sözlərinə görə, Xameneyinin son xeyir-duasını almaq üçün onunla daim danışıldığı barədə məlumatlar yayılır.
Bizim.Media



































































































