Omanla əldə olunmuş razılaşma Hörmüz boğazının dərhal açılması demək deyil.
Bizim.Media "Donya-e-egtesad.com"a istinadla xəbər verir ki, bu fikirləri İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.
Nəşrin məlumatında qeyd olunub ki, Omanla olan razılaşmaya əsasən, son 58 il ərzində gəmilər Oman sularından keçib ki, bu da İran tərəfinin iddiasına görə, İrana ciddi ziyan vurub.
İndi Tehran Hörmüz boğazını milli təhlükəsizlik məsələsi kimi nəzərdən keçirir və gəmilərin hərəkət marşrutlarının dəyişdirilməsində təkid edir.
Razılaşmaya əsasən, Fars körfəzinə daxilolma marşrutu İran sularından, çıxış marşrutu isə Omanın ərazi sularından keçəcək. Bununla belə, hər iki istiqamət İran sularından keçmiş olacaq.
Qəribabadi yeni marşrutu ümumi eni təxminən 7 dəniz mili olan “iki tərəfli avtomagistral” ilə müqayisə edib.
Bizim.Media





































































































