Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

Hazırda oxunan: Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

641491

Abşeron rayonunun Masazır qəsəbəsində, Yeni Bakı yaşayış massivində dörd avtomobil yanıb.

Bizim.Media “Baku TV”yə istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, yanğın əvvəlcə "Mercedes" markalı avtomobildə başlayıb, daha sonra alov yaxınlıqda dayanan digər nəqliyyat vasitələrinə keçib.

Sakinlərdən biri hadisənin səhər saatlarında güclü partlayış səsinə bənzər səslə başladığını bildirib:

"Bir səs gəldi, elə bildim raket atdılar. Bir də baxdım ki, maşınlar yanır".

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun digər avtomobillərə keçməsinin qarşısı alınıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

Daha ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin