“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hazırda oxunan: “Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

641525

Azərbaycanın ikinci əl avtomobil bazarında, xüsusilə də taksi və gündəlik istifadə üçün ən çox tələb olunan hibrid avtomobillərdən olan “Toyota Prius” modellərinin qiymətlərində kəskin artım müşahidə olunur.

Bizim.Media Yeni Sabah-a istinadən xəbər verir ki, elan saytlarında əks olunan son qiymət göstəriciləri alıcıları təəccübləndirib.

İllərdir ölkədə ən əlçatan avtomobillərdən sayılan 20-ci kuza (2008-ci il buraxılış) “Toyota Prius”ların qiyməti artıq 20 000 – 21 700 manat aralığına yüksəlib.

Digər model və illər üzrə bazardakı qiymət dinamikası belədir:

2008–2010-cu il modelləri (1.5L / 1.8L): 20 000 – 21 900 AZN

2014–2019-cu il modelləri (1.8L): 20 700 – 27 000 AZN

Prius Prime / PHV modelləri (2016–2025): 23 800 – 35 900 AZN

Yeni nəsil 2023-cü il modelləri (2.0L): 30 500 – 40 500 AZN.

Ekspertlər bildirirlər ki, idxal şərtlərinin sərtləşməsi, köhnə il avtomobillərin ölkəyə gətirilməsinə tətbiq olunan məhdudiyyətlər və daxili bazarda hibrid nəqliyyat vasitələrinə olan yüksək tələbat qiymətlərin artmasını şərtləndirən əsas amillərdəndir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin