Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Hazırda oxunan: Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

641514

Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında fərdi yarışları yeddi medalla bitiriblər.

Bizim.Media xəbər verir ki, bunlardan 1-i qızıl, 2-si gümüş, 4-ü bürünc mükafat olub.

Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub. Zelim Tçkayev (81 kiloqram) və Uşanqi Kokauri (100 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram), Ömər Rəcəbli (81 kiloqram), Murad Fətiyev (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Son gündə qarışıq komanda yarışı təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin