Ronaldo millidən kənarlaşdırıldı

Hazırda oxunan: Ronaldo millidən kənarlaşdırıldı

641493

Portuqaliya Futbol Federasiyası (FPF) Kriştiano Ronaldonun milli komandanın düşərgəsini icazəsiz tərk etməsi ilə bağlı intizam araşdırmasına başlayıb.

Bizim.Media xəbər verir ki, oktyabrın 9-da açılan iş üzrə futbolçuya müvəqqəti diskvalifikasiya da tətbiq olunub. 

Araşdırmaya təcili status verilib və materiallar oktyabrın 10-da federasiyanın İntizam-İstintaq Komitəsinə təqdim edilib. İstintaq yekunlaşana qədər işin detalları açıqlanmayacaq.

Buna baxmayaraq, “A Bola” nəşrinin əldə etdiyi məlumata görə, baş verənlər Ronaldonun Portuqaliya millisinin kapitanı vəzifəsindən də kənarlaşdırılması ilə nəticələnib.
 

Qeyd edək ki, münaqişənin milli komandanın baş məşqçisi Jorje Jesusla Norveçlə oyundan sonra yarandığı bildirilir. Ronaldonun sözlərinə görə, əvvəlcədən onun Norveç və Danimarka ilə görüşlərdə istirahət etməsi razılaşdırılıb. Lakin sonradan məşqçi Norveçlə matçda ona təxminən 30 dəqiqə oynamaq imkanı verəcəyini deyib. Ronaldo isinməsinə baxmayaraq, meydana çıxmayıb.


Hücumçu daha sonra Jesusun mətbuat konfransında əvvəlcədən razılaşdırılmış izahatı vermədiyini iddia edib. O, bu vəziyyətin məşqçiyə etimadını azaltdığını və düşərgəni tərk etmək qərarına təsir göstərdiyini bildirib. Jesus isə tərəflər arasında belə bir razılaşmanın olduğunu təsdiqləməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin