“Dünyada orta ömür uzunluğu 73, Azərbaycanda 77-dir”

Hazırda oxunan: “Dünyada orta ömür uzunluğu 73, Azərbaycanda 77-dir”

641466

“Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb”.

Bizim.Media “Report.az”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Dünya Ağciyər Sağlamlıq Gününə həsr olunan beynəlxalq elmi praktiki konfransda deyib.

O qeyd edib ki, son illərin tibbi-bioloji mənzərəsinə nəzər salsaq, qeyri-yoluxucu xəstəliklərin üstünlük təşkil etdiyi görünür:

“Həmçinin onunla yanaşı digər bir tibbi tendensiyanın da şahidi oluruq. Belə ki, ortalama ömür uzunluğu son illərdə ortalama dünya səviyyəsində 73 ili, Azərbaycanda bu göstərici 2025-ci ilin sonuna 77 ili ötüb. Bununla yanaşı, biz düşünməliyik ki, qazandığımız qalan ömür illərini nə dərəcədə sağlam yaşamışıq”.

R.Quliyev bildirib ki, 2023-cü ilin statistikasına görə, dünyada ümumi ölümlərin təqribən 74%-i qeyri-yoluxucu xəstəliklərin payına düşür:

“Yəni hər dörd ölümdən üçü qeyri-infeksion xəstəliklərin payına düşür. Ölkəmizdə də qeyri-infeksion xəstəliklərin payı artmaqdadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin