Kiyevə atılan ballistik raket Azərbaycan restoranını hədəf aldı – FOTO

Hazırda oxunan: Kiyevə atılan ballistik raket Azərbaycan restoranını hədəf aldı – FOTO

641497

Rusiya ordusu oktyabrın 10-u günorta saatlarında Kiyev şəhərini ballistik raketlərlə vurub.

Bizim.Media “azertag.az”a istinadən xəbər verir ki, hava həyəcanı çalınandan cəmi bir neçə dəqiqə sonra Kiyevdə güclü partlayış səsləri eşidilib. Hava hücumundan müdafiə sistemi işə düşüb.
 

Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, zərərsizləşdirilən raketlərdən biri Obolon rayonundakı restoranlarından birinin ərazisinə düşüb, azı 6 nəfər xəsarət alıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.


Dağıntıya məruz qalan restoran Azərbaycanın milli mətbəxi kimi tanınan “Desant” restoranı olub. Xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin