Rusiyaya qarşı tarixin ən böyük sanksiyalar paketi təsdiqlənəcək

Hazırda oxunan: Rusiyaya qarşı tarixin ən böyük sanksiyalar paketi təsdiqlənəcək

641498

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də müharibənin başlanmasından bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini təsdiqləmək niyyətindədirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın zərbələri iki gün ərzində Ukraynanın 80-dən çox dinc sakininin həyatına son qoyub.
 

"Rusiya dizel yanacağı ilə bağlı sanksiyaların dayandırılması Moskvanı müharibə aparmaq üçün əlavə gəlirlərlə təmin edəcək. İndi Rusiyaya qarşı təzyiqi zəiflətmək vaxtı deyil və Avropa bunu etməyəcək", - o vurğulayıb.


Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp məlumat vermişdi ki, Rusiya lideri Vladimir Putinlə telefon danışığının yekunlarına görə, Rusiyanın dizel yanacağının Amerika və dünya bazarlarına irimiqyaslı tədarükü barədə razılıq əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin