Sertifikatlı toxumdan istifadə etməyən fermerlərə ödənilən əkin subsidiyası mərhələli şəkildə azaldılacaq. 2026-2027-ci əkin mövsümündə belə fermerlərin subsidiyası 50 faiz aşağı salınacaq, 2027-2028-ci əkin mövsümündə isə subsidiya əmsalı sıfır qəbul ediləcək.
Bu barədə Bizim.Media-ya Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) məlumat verilib.
Bildirilib ki, yerli toxumçuluğun inkişaf etdirilməsi məqsədilə super-elit toxum istehsal edən fermerlərə əkin subsidiyası yüksək əmsalla ödəniləcək.
Belə ki, yerli mənşəli super-elit buğda və arpa toxumlarının istehsalına görə fermerlərə hər hektar üçün 470 manat əkin subsidiyası veriləcək. Xarici mənşəli super-elit buğda və arpa toxumçuluğuna isə hektar başına 300 manat artıq subsidiya ödəniləcək.
Bununla yanaşı, buğda və arpa əkini zamanı sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib.
Qeyd edək ki, yeni qərarların əsas məqsədi sertifikatlı toxum istehsalını və istifadəsini təşviq etmək, yerli toxumçuluğun inkişafına dəstək verməkdir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:35 / 10.10.2026
Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar
Hazırda oxunan: Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar
Hazırda oxunan: Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar
641508
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































