Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi

Hazırda oxunan: Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi

641460

Jurnalist Nikolo Şira “Şaxtyor”un baş məşqçisi Arda Turanın Türkiyə millisinin baş məşqçisi təyinatı ilə bağlı paylaşımı silib.

Bizim.Media xəbər verir ki, jurnalist əvvəllər sosial mediada 39 yaşlı mütəxəssisin milli komandaya rəhbərlik edəcəyi barədə məlumat vermişdi. Lakin sonradan Şira bu paylaşımı silib.
 

Türkiyə milli komandası dünən baş məşqçisiz qalıb, Montella istefaya göndərilib. İtaliyalı mütəxəssis 2023-cü ilin sentyabr ayından bəri komandaya rəhbərlik edirdi.


Turan 2025-ci ildən bəri “Şaxtyor”un baş məşqçisidir. Ötən mövsüm onun rəhbərliyi altında klub Ukrayna çempionluğunu qazanıb. Arda oyunçu kimi Türkiyə millisində 100 oyun keçirib, 16 qol vurub və 25 məhsuldar ötürmə edib, həmçinin kapitan sarğısını taxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin