Dünya şöhrətli aktyor Ceki Çanın yeni görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, döyüş sənətləri və komediya janrında çəkildiyi filmlərlə tanınan aktyor 2026-cı il NBA Çin oyunlarını izləyərkən kameralara tuş gəlib.
Ceki Çan qarşılaşmanı məşhur futbolçu Devid Bekhem və “Alibaba” şirkətinin qurucusu Cek Ma ilə birlikdə meydançanın kənarından izləyib.
3 məşhur simanın eyni məkanda olması maraqla qarşılanıb.
72 yaşlı aktyorun son görüntüləri uzun illərdir onu izləyən pərəstişkarlarının marağına səbəb olub. Ceki Çan bu dəfə yeni filmi ilə deyil, idman tədbirindəki görünüşü ilə gündəmə gəlib.
Çan “Tanrının zirehi 4: Ultimatum” filminin çəkilişləri üçün bu ilin avqustunda Bakıya gəlmişdi. (Yenisabah.az)

Bizim.Media

- A-
- A
- A+
Şoutaym
12:54 / 10.10.2026
Bakıya gəlmişdi, yeni fotosu yayıldı
Hazırda oxunan: Bakıya gəlmişdi, yeni fotosu yayıldı
Hazırda oxunan: Bakıya gəlmişdi, yeni fotosu yayıldı
641443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































