Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıdadır

Hazırda oxunan: Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıdadır

641477

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə və AAF-ın vitse-prezidenti Firdovsi Umudov ölkəmizdə işgüzar səfərdə olan Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrid Hasani ilə görüşüblər.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanda nəinki ağırlıqqaldırma, ümumilikdə idmanın inkişafına dövlət tərəfindən böyük dəstəyin göstərildiyi qonağın diqqətinə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyası beynəlxalq əlaqələrin qurulmasına hər zaman xüsusi həssaslıqla yanaşıb.

Təsadüfi deyil ki, Avropa və dünyanın müxtəlif ölkələrini təmsil edən yığma komandalar vaxtaşırı Bakıda təlim-məşq toplanışı keçirlər.

Görüş zamanı təmiz idman prinsiplərinə nəzarətin gücləndirilməsi, eləcə də yeniyetmə və gənc idmançıların inkişafına diqqət ayrılması istiqamətində fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin