Moskvanın “Vnukovo”, “Domodedovo”, “Şeremetyevo” və “Jukovski” hava limanları fəaliyyətlərini dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.
Bildirilib ki, “Rosaviasiya” şənbə günü səhər saatlarından paytaxtın sözügedən hava limanlarında uçuşların qəbulu və yola salınması ilə bağlı müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb.
Qeyd edək ki, məhdudiyyətin uçuşların təhlükəsizliyi səbəbindən tətbiq edildiyi bildirilir. Ötən gün Rusiya Prezidenti Vladimir Putini və digər yüksəkrütbəli rəsmiləri daşıyan “Rusiya” xüsusi uçuş dəstəsinin təyyarələri də Ukrayna PUA-larının hücumu səbəbindən Moskvada eniş edə bilməmişdi.
Bizim.Media

- A-
- A
- A+
Region
11:49 / 10.10.2026
Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı
Hazırda oxunan: Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı
Hazırda oxunan: Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı
641435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































