Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Hazırda oxunan: Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

641441

Kanadanın Britaniya Kolumbiyası əyalətində 16 yaşlı Brayss Vinsent Qovriluk dağlıq ərazidə marşrut planlaşdırması üçün süni intellekt çatbotu "Claude"dan istifadə edib. Lakin süni intellektin verdiyi yanlış istiqamətlər gənc alpinistin uçurumda çarəsiz qalmasına və təcili xilasetmə əməliyyatının başladılmasına səbəb olub.

Bizim.Media xəbər verir ki, Qrouz dağının zirvəsinə qalxdıqdan sonra Kraun dağına doğru hərəkət etmək istəyən Qovriluk “Claude”un göstərişləri ilə marşrutdan tamamilə kənara çıxıb.

Süni intellektin yönləndirməsi nəticəsində gənc alpinist yalnız xüsusi kəndirlər və peşəkar avadanlıqla keçilməsi mümkün olan “Widowmaker Arete” qayalıq divarında ilişib qalıb.

Ərazinin son dərəcə dik olduğunu və irəliləyə bilmədiyini anlayan Qovriluk anasına zəng edərək kömək istəyib. Məlumat daxil olduqdan sonra Şimal Sahil Xilasetmə komandası əraziyə helikopter cəlb edib.

Oğlanın uçuruma çox yaxın olması səbəbindən iki xilasedici aşağı endirilərək onu təhlükəsiz zonaya qaldırıb və təxliyə edib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin