Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Hazırda oxunan: Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

641485

Azərbaycanda onlayn alış-verişin həcmi artıb. Hər gün yüzlərlə şəxs istər ölkə daxilində, istərsə də xaricdən mal sifariş edir. Xarici ölkələrdən məhsul sifariş edərkən bunu gömrük orqanlarında bəyan etmək lazımdır. Xaricdən onlayn alış-veriş edən istehlakçılar bəzən sifarişlərinin gömrük bəyannaməsini vaxtnıda təqdim etmirlər. Bəziləri bildirişi gec görür, bəziləri isə sifariş etdikləri məhsulun yanlış olduğunu öyrəndikdən sonra bağlamanı bəyan etmək istəmir. 

Bəs məhsul bəyannamə təqdim olunmadığı üçün gömrükdə qalarsa, sifariş ləğv edilmiş sayılırmı və alıcı ödədiyi pulu geri ala bilərmi?

Bizim.Media
xəbər verir ki, xaricdən poçt və ya daşıyıcı şirkət vasitəsilə gətirilən mallar gömrük orqanına bəyan edilməlidir.

Bunun üçün Azərbaycanda “Smart Customs” tətbiqi və elektron gömrük xidmətlərindən istifadə olunur. Gömrük Məcəlləsinin 149-cu maddəsi mallara dair bəyannamənin təqdim edilməsi müddətini tənzimləyir. Lakin konkret sifarişin hansı müddətdə bəyan edilməli olduğu malın gətirilmə və rəsmiləşdirilmə qaydasından asılı ola bilər. Alıcı bildirişi gec gördükdə və ya bəyannaməni təqdim etmədikdə, sifariş avtomatik olaraq ləğv edilmiş hesab olunmur.

Bağlamanın gömrükdə saxlanılması, geri göndərilməsi və ya digər prosedurun tətbiqi ilə bağlı qərar onun statusundan və qüvvədə olan qaydalardan asılıdır. 

Alıcıya sifariş etdiyindən fərqli məhsul göndərildikdə, ölçü səhv olduqda, məhsul qüsurlu olduqda, problemin səbəbini sənədləşdirmək vacibdir. Belə hallarda alıcı satıcıya və ya satış platformasına müraciət etməli, sifariş məlumatlarını, ödəniş sənədini və məhsulun fotoşəkillərini təqdim etməlidir. Məhsulun yanlış və ya qüsurlu olması ilə bağlı müraciət gömrük bəyannaməsinin təqdim edilməməsindən ayrı qaydada araşdırılmalıdır.

İnsanları düşündürən əsas məsələlərdən biri ödəniən pulun geri qaytarılmasıdır. 

Pulun geri qaytarılması sifarişin hansı səbəbdən ləğv edilməsindən və satış şərtlərindən asılıdır. Bəyannamənin gecikməsi və ya bağlamanın gömrükdə qalması ödənilmiş məbləğin avtomatik geri qaytarılmasına əsas vermir. Alıcı sifarişdən imtina etmək istəyirsə, satıcıya rəsmi müraciət etməli və vəsaitin geri ödənilməsi üçün şərtləri öyrənməlidir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin