Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

Hazırda oxunan: Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

641469

Qax rayonunda qədimdən günümüzə qədər gəlib çatan maraqlı toy adətlərindən biri — “Bəy durma” ənənəsi yenidən həyata keçirilib.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, toy mərasimində bəyin xüsusi olaraq ayağa qalxması, sağdış və soldışın onun yanında dayanması ilə müşayiət olunan bu qədim adət maraqlı anlarla yadda qalıb.

Mərasimin ən diqqətçəkən məqamlarından biri isə qohumların bəyin boynuna parça yaylıqlar salması olub.
 

Qaxın milli-mənəvi dəyərlərini, el adətlərini və zəngin folklor irsini özündə yaşadan bu ənənə toy mərasiminə xüsusi rəng qatıb. Nəsildən-nəslə ötürülən belə adətlər xalqımızın mədəni yaddaşının qorunması və yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.


Qeyd edək ki, bu maraqlı ənənə Xəzər TV-nin tanınmış aparıcısı İbrahim Kamiloğlunun toy mərasimində baş tutub. Onun toyunda qədim Qax adətinin yenidən yaşadılması mərasimə fərqli ovqat bəxş edib.

“Bəy durma” adəti bir daha göstərir ki, keçmişdən gələn milli ənənələr yaşadıldıqca unudulmur, əksinə, gələcək nəsillərə ötürülərək xalqımızın mədəni irsinin ayrılmaz hissəsi olaraq qalır.



Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin