Müəllim dərs keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxutdurdu - VİDEO

Hazırda oxunan: Müəllim dərs keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxutdurdu - VİDEO

641451

“Müəllim məktəbdə dərsini keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxudanda tədbir görülməsi normaldır. Hətta gecikmiş qərardır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu bildirib.

O vurğulayıb ki, məktəb dini təbliğatın, başqa ölkələrin dini ideologiyasının təbliğ olunacağı yer deyil:

“Məktəbdə yalnız tədris proqramına və fənnə aid olan materiallar təbliğ edilməlidir. Siz öz dövlətinizin bayrağını tərs asın, başqa dövlətlərin ideologiyasını məktəblərə daşıyın, sonra da sərt tədbirlər görüləndə etiraz edin. Nə gözəl məmləkət!”



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin