Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlətimizin başçısını qarşılayıb.
Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edilib.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına və Federal Kanslerə report verib.
Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçiblər.






















Bizim.Media

- A-
- A
- A+
Siyasət
14:25 / 21.07.2026
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi - FOTO -VİDEO
Hazırda oxunan: İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi - FOTO -VİDEO
Hazırda oxunan: İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi - FOTO -VİDEO
626600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































