Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Hazırda oxunan: Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

625423

15 iyul gecəsi dost və qardaş olan Azərbaycan xalqı da Türkiyənin yanında oldu.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda Türkiyənin 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anım tədbirində jurnalistlərə açıqlamasında deyib.
 

"Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədəki çevriliş cəhdinə qarşı olmasına və Prezident Rəcəb Tayyib Ərdoğana göstərdiyi böyük dəstəyə görə hər zaman minnətdarıq. "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı. Bu anlayış sonradan Qarabağ müharibəsi zamanı da özünü göstərdi", - o qeyd edib.


Səfir vurğulayıb ki, tarixdən, mədəniyyətdən və ortaq dəyərlərdən gələn qardaşlıq ruhu dünən olduğu kimi, bu gün də, sabah da yaşayacaq və "bir millət, iki dövlət" prinsipinin həyata keçirilməsində mühüm rol oynayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin