"Biriləri bir xanımın adının arxasında gizlənməyi özlərinə sığışdırırlarsa..."- FOTO

Hazırda oxunan: "Biriləri bir xanımın adının arxasında gizlənməyi özlərinə sığışdırırlarsa..."- FOTO

53796
Dünən Avropa.info saytında Milli Şura aparatının üzvü Yeganə Hacıyeva ilə həbsdə olan Müsavat funksioneri Yadigar Sadıqov arasında bir neçə müddət öncə FB yazışmaları deşifrə olundu. Həmin yazışmada maraqlı fikirlər qeyd olunub və onun indiki qurultayqabağı ərəfədə yayımlanması diqqəti cəlb edir.

Moderator.az həmin yazışma müəlliflərindən bəlli səbəblərdən yalnız Yeganə xanıma müraciət etmək imkanındadır və ondan məsələyə aydınlıq gətirməsini xahiş etmişik ki, Sizin profilin parolu kimdə ola bilər ki? Sizin Yadigar Sadıqovla yazışmanız bura necə düşüb?

Yeganə Hacıyeva iki ehtimalının olduğunu bildirdi:

"Dogrusu, mən konkret bilmirəm necə mediaya düşüb. Mənim bir neçə ehtimalım var. Onlardan biri budur ki, bu yazışmalar iki il öncənin olduğu üçün bu mənim bundan öncə oğurlanmış profilimdən götürülmüş ola bilər. Xatirladım ki, iki il öncə mənim bir fb profilim hack edilmişdi.
Digər ehtimalım isə istifadə etdiyim kompüterlərdən hesabıma nəzarət ola bilər, bu, 2013-cü ilin mart ayının 9-u polis təfindən qanunsuz olaraq alınmış və bu günə qədər də geri qaytarılmayan kompüterim və ya seçki ərəfəsi qərargahdan istifadə etdiyim ümumi kompüter ola bilər. Sonuncusuna daha çox inanıram, çünki bir necə dəfə kənar müdaxiləni hiss etmişdim və o üzdən işgüzar yazışmaların oradakı  kompüterdə aparmırdım və bu informasiyanı öz  facebook səhifəmdə  paylaşmışdım.
Ümumiyyətlə isə bu kimi addımları qeyri-ciddi mübarizə üsülü  hesab edirəm, istər bu, istərsə də bundan öncə paylaşılan yazışmada ciddi heç nə yox idi, amma kimlərinsə mübarizəni öz adları ilə deyil, başqalarının adı ilə aparmasını, başqalarının kölgəsində gizlənməsini görmək gülüncdür. Məni şəxsən narahat etmir. Amma biriləri bir xanımın adının arxasında gizlənmək ehtiyacları varsa və ya bunu özlərinə sığışdırırlarsa onda buna əlavə edəcək bir fikirim yoxdur. Bir onu deyə bilərəm ki, hamı siyasətini də, mübarizəsini də ləyaqətinə, şəxsiyyətinə uygun aparır və kimlərinsə şəxsiyyətinin çəkisi bir xanımın adının arxasında gizlənməkdirsə, mənim bu halda əlavə edəcəyim heç nə yoxdur."

FOTO" src="//old.moderator.az/fotobaza/original/1970.jpg">FOTO" src="//old.moderator.az/fotobaza/original/1971.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin