“Partiyada qeybətbaz kişilər var və onlar şaiyə yaymağı siyasi fəaliyyət hesab edir”.
Bunu Moderator.az-a açıqlamasında Müsavat Partiyasının başqan müşaviri Səxavət Əlisoy keçmiş millət vəkili İkram İsrafilin "Düşünürəm ki, qurultay olsa da, olmasa da, Səxavət Əlisoy partiyada qalmayacaq". Kimi sözlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, İkram İsrafil görünür ki, qeybətbazların informasiyasından yararlanır:
“Nə mən, nə də uşaqlarım Azərbaycanı tərk etmək barədə düşünmürük. Mən öz yolumla gedirəm. Həqiqətdir ki, biriləri mənim partiyadan getməyimi çox arzulayır. Mövqeyi olmayanlar, qeybətbazlar, başı ilə düşünməyənlər mənim partiyadan getməyimi istəyir. Ancaq arzuları gözlərində qalacaq."































































































