“Yeni Ukrayna hakimiyyəti Rusiya ilə dil tapmalıdır, yoxsa...”

Hazırda oxunan: “Yeni Ukrayna hakimiyyəti Rusiya ilə dil tapmalıdır, yoxsa...”

46851

“Ukraynadakı yeni hakimiyyətin Rusiya ilə münasibətləri qaydaya qoymaması, anlaşmaya deyil, qarşıdurmaya meyl etməsi Kremli daha da aqresivləşdirə, onu yeni təxribatlara şirnikləndirə bilər”.

Bu sözləri Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspertin fikrincə, yeni qarşıdurmalardan qaçmaq üçün Ukrayna və Rusiyanın anlaşması zəruridir:

“Hesab edirəm ki, Ukrayna prezidenti və hakimiyyəti formalaşdıran digər şəxslərin Rusiya ilə anlaşmaya meyl etməsinə, bu istiqamətdə ciddi, səmimi addımlar atmasına ehtiyac var. Zənnimcə, Rusiya ilə konfrantasiya ruhunda yox, çalışıb mümkün qədər dil tapmaq ruhunda hərəkət etmək lazımdır. Bunu təslimçiliklə, Rusiyanın təzyiqi altında ciddi prinsipial güzəştlərə getməklə eyniləşdirmirəm. Sadəcə, Rusiyaya təklif oluna bilər ki, yaxın qonşuluq münasibətlərini həyata keçirək”.

Politoloqun bildirdiyinə görə, əslində Ukrayna və Rusiyanın bir-birindən müəyyən asılılıqları mövcuddur və iki dövlət arasındakı münasibətlərin yaxşılaşması bu çətinliklərin də aradan qalxmasına gətirib çıxardar:

“Ukraynanın Rusiyadan təbii qaz, müəyyənm bazar baxımından asılılığı var. Eyni zamanda Rusiya hərbi-sənaye kompleksinin də Ukraynadan asılılığı mövcuddur. Odur ki, iki dövlət arasıdna münasibətlərin qaydaya düşməsi bu problemin də avtomatik olaraq aradan qalxmasını təmin edə bilər. Bu isə  həm Rusiyanın, həm də Ukraynanın maraqlarına cavab verir”.

Ekspertin sözlərinə görə, Rusiya və Ukraynanın sülhə deyil, zorakılığa meyl etməsi nəticə etibari ilə hər iki dövlətin mənafeyinə zərbə vuracaq və tərəflərin heç birinə yaxşı heç nə qazandırmayacaqdır:

“Əgər onlar bir-birləri ilə dil tapmasalar, xüsusilə də Rusiya özünü praqmatik aparmasa, yenə də köhnə siyasətinə uyğun şəkildə hərəkət etsə, məncə bu, Rusiyanın özünün zərərinə olacaq. Çünki Qərb Ukraynanın arxasındadır. Ukraynanın  da bu məsələdə təmkinli davranmasına ehtiyac var. Qərb onu himayə edir deyə Ukraynanın da Rusiya ilə konfiliktə maraq göstərməsi doğru deyil. Qərbin dəstəyinə baxmayaraq, Ukrayna Rusiya ilə süni konfilikt və gərginliklərdən qaçmalıdır”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin